MDB PAA DİMBİ Bakı filialı 29 yanvar 2020-ci il tarixdə Bakı şəhərində 09 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsini müşahidə edəcək bir qrup yerli müşahidəçiləri üçün seminar keçirmişdir.
Seminarda seçkiləri müşahidənin aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, müşahidə aparılması qaydaları və digər məsələlərlə bağlı dinləyicilərə geniş məlumat verilmiş, dinləyicilərin sualları cavablandırılmışdır.
Seminarın sonunda iştirakçılara MDB PAA DİMBİ Bakı filialının azərbaycan və rus dillərində hazırladığı yaddaş kitabçaları paylanılmışdır.